Mərkəzi Seçki Komissiyasında parlament seçkilərinin başlamasına dair mətbuat konfransı keçirilib
09.02.2020 [08:22]
Xəbərin mətni
Fevralın 9-da Azərbaycanda VI çağırış Milli Məclisə seçkilər keçirilir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkilərin keçirilməsinə dair mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, MSK sədri bütün seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirildiyini bildirib. Qeyd edib ki, seçkilər elan olunduqdan sonra MSK tərəfindən bütün lazımi tədbirlər görülüb. MSK və dairə seçki komissiyaları bütün addımları Seçki Məcəlləsinin tələblərinə uyğun atıb.