Müşahidəçilər: Seçkilərdə indiyədək hər hansı qayda pozuntusu qeydə alınmayıb
09.02.2020 [14:10]
Xəbərin mətni
Ölkəmizin digər rayonlarında olduğu kimi, Ağstafada da Milli Məclisə seçkilər uğurla davam edir.
AZƏRTAc xəbər verir ki, 108 saylı Ağstafa Dairə Seçki Komissiyasının seçki məntəqələrində səsvermənin gedişatını izləyən müşahidəçilər hər hansı qayda pozuntusunun qeydə alınmadığını bildiriblər.