RƏSMİ


Prezident İlham Əliyev MDB-nin müşahidə missiyasının rəhbərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminskini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanda keçirilən parlament seçkilərində xeyli sayda müşahidəçinin iştirak etməsinin önəmi vurğulandı, MDB-dən olan müşahidəçilərin seçkilərin yüksək səviyyədə təşkil olunduğu, qanun pozuntusunun qeydə alınmadığı, bütövlükdə seçki prosesinin şəffaf, demokratik və rəqabətlilik prinsipi şəraitində, Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə keçirildiyi bildirildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır