DÜNYA


Çindən Qazaxıstan və Qırğızıstan vətəndaşları evakuasiya edildi

Qazaxıstanın “AirAstana” aviaşirkətinə məxsus təyyarədə ümumilikdə 211 nəfər, 171 Qazaxıstan və 40 Qırğızıstan vətəndaşı Çindən Almatıya gətirilib.
AZƏRTAC xəbər verir ki, Almatı - Pekin təyyarəsi ilə bu gün gələn bütün qazaxıstanlılar, infeksiyaya nəzarət tələblərinə uyğun olaraq Almatıdakı çoxprofilli klinik xəstəxanaya yerləşdirilib.
Qazaxıstan Səhiyyə Nazirliyindən verilən məlumata görə, gələnlərin səhhəti qənaətbəxşdir. Təyyarənin göyərtəsində sərnişinlər üç mərhələli termometriya sınağından keçiblər. Koronavirus infeksiyasının simptomları heç bir insanda aşkar edilməyib.