CƏMİYYƏT


Aşıq Pənahın maşınının maraqlı əhvalatı

Salyanlı mərhum ustad aşıq Pənah Pənahovdan yadigar qalan ZİM markalı avtomobili şəhərin küçələrində görəndə çoxları ayaq saxlayaraq, maraqla bu retro maşına baxır. Onlara maraqlı gələn bu retro avtomobilin indiyədək saz vəziyyətdə saxlanılmasıdır.
AZƏRTAC xəbər verir ki, Aşıq Pənahın maşın sürməyə həvəsi olmadığından bu avtomobili bir müddət qardaşı Fazil idarə edib. Daha sonra Aşıq Pənah özü sükan arxasına keçib. Bu gün isə avtomobili aşığın oğlu 60 yaşlı Taleh Pənahov qoruyub saxlayır.