Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 7-ci iclası keçirilib

15.02.2020 [16:50]

Xəbərin mətni

Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiya”nın 7-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.