CƏMİYYƏT


“Avro-2020”nin oyunları KOB-lar üçün perspektiv imkanlar yaradacaq

“Avro-2020”nin Bakıda keçiriləcək oyunları kiçik və orta sahibkarlıq (KOB) subyektləri üçün perspektiv imkanlar yaradacaq. KOB-lara dəstək məqsədilə “Avro-2020”nin Bakıda təşkil olunacaq “Fan Zona”sında və stadionətrafı məkanlarda KOB-lar tərəfindən istehsal olunan məhsulların satışı təşkil olunacaq. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) birgə əməkdaşlıq edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır