Avstriya-Azərbaycan Ticarət Palatasının yaradılmasının 10 illiyi qeyd edilib
20.02.2020 [12:30]
Xəbərin mətni
Fevralın 19-da Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) 10 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Avstriyanın hökumət və dövlət rəsmiləri, hər iki ölkədən parlamentin üzvləri, Avstriya-Azərbaycan Ticarət Palatasının üzvü olan aparıcı şirkətlərinin nümayəndələri, iş adamları iştirak ediblər.