Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi üzrə iki illik layihəyə başlanılır

20.02.2020 [13:15]

Xəbərin mətni

Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının inkişafı dövlətin qarşısında duran əsas vəzifələrdəndir. Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı naziri İnam Kərimov fevralın 20-də
Kənd Təsərrüfatı Nazirliyi ilə FAO-nun "Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi Layihəsi"nin təqdimatı ilə əlaqədar keçirilən tədbirdə deyib.