İQTİSADİYYAT


Luare Kənd Təsərrüfatı Palatasının nümayəndələri Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda olublar

Fransanın Luare Kənd Təsərrüfatı Palatasının nümayəndələri Laurent Lejard və Romain Dufer Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinin də iştirak etdiyi görüşdə Quba Regional Aqrar Elm Mərkəzinin Fransanın Luare Kənd Təsərrüfatı Palatası ilə birlikdə “Dənli bitkilər” layihəsini həyata keçirdiyi vurğulanıb.