İQTİSADİYYAT


Aran bölgəsində arıçılıq təsərrüfatından REPORTAJ

Arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amillərdən biri erkən yaz dövründə arı ailələrinə qulluğun düzgün aparılmasıdır. Arıçıların arı pətəklərində görəcəyi işlər bol məhsulun əldə olunması baxımından əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, yaz ərəfəsində Aran bölgəsində arıçılıq təsərrüfatlarında canlanma müşahidə edilir. Hazırda bal arıları qüvvələrini artırmaq üçün balavermə dövrünə qədəm qoyub.