100 yaşlı AZƏRTAC
01.03.2020 [14:46]
Xəbərin mətni
Tarixi Xalq Cümhuriyyəti dövründə başlayan AZƏRTAC-ın bu gün 100 yaşı tamam olur. Bir əsrlik yol keçən ilk milli xəbər agentliyi yarandığı gündən indiyədək Azərbaycan həqiqətlərini dünyaya çatdırıb. İlk adı Azərbaycan Teleqraf Acanslığı olub. 8 dildə - Azərbaycan, rus, ingilis, fransız, alman, ispan, Çin və ərəb xəbərlər yayır.