CƏMİYYƏT


Sabirabadlı fermer düzəltdiyi aqreqatla Çin texnologiyası əsasında pambıq əkəcək

Sabirabadda ilk dəfə olaraq qoşa cərgəli pambıq əkini həyata keçiriləcək. Artıq bunun üçün təsərrüfat sahibi tərəfindən xüsusi aqreqat da hazırlanıb.
AZƏRTAC xəbər verir ki, sabirabadlı fermer bu il pambıq əkinini xüsusi aqreqatla həyata keçirməyi planlaşdırır. Təsərrüfat sahibi Əfras Əsgərovun sözlərinə görə, məqsəd yüksək məhsul əldə etməkdir. Fermer ötən il Çin texnologiyası ilə əkilən sahədə olduqdan sonra belə qənaətə gəlib ki, bu təcrübədən yararlansın. Bu məqsədlə səpin aqreqatında dəyişiklik etməyi qərara alan fermer bir neçə əlavə etməklə Çin texnologiyası ilə səpin aparacaq aqreqat ərsəyə gətirib. Bu aqreqat digərlərindən fərqli olaraq səpini qoşa cərgə ilə aparır.