İQTİSADİYYAT


Yeni Yasamalda yeni yol bağlantısı yaradılıb

Bakı Dairəvi avtomobil yolunu Yeni Yasamal yaşayış massivi - Dadaş Bünyadzadə küçəsi ilə birləşdirən yeni yol bağlantısı tikilərək istifadəyə verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 820 metr olan yeni yol 2 hərəkət zolaqlıdır. Yol yatağının eni 10-12 metr, hərəkət hissəsinin eni isə 7,5-8 metr təşkil edir. Layihəyə uyğun yeni yol yatağı inşa olunub, yolun profilə salınması üçün müvafiq işlər görülüb. Növbəti mərhələdə 2 laydan ibarət asfalt-beton örtüyü döşənib.