ABŞ-da Azərbaycan multikulturalizmindən danışılıb
12.03.2020 [13:24]
ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan və Yuta ştatında yerləşən Sutherland İnstitutunda Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinə həsr edilmiş geniş tədbir keçirilib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan AZƏRTAC-a bildiriblər ki, Baş Konsulluq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və ABŞ-ın Stirlinq Fondunun birgə təşkilatçılığı ilə ölkəmizin müxtəlif dini icmalarının və dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətinin Yuta ştatına səfəri çərçivəsində təşkil olunan tədbiri giriş sözü ilə açan Sutherland İnstitutunun prezidenti Rik Larsen (Rick Larsen) hər kəsi bu önəmli tədbirdə görməkdən məmnun olduğunu bildirib.