Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daxili Qoşunlarının yaranmasından 28 il ötür

12.03.2020 [18:55]

Xəbərin mətni

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının yaranmasından 28 il ötür.
Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və bu günü barədə geniş məruzə ilə çıxış edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə Qoşunların torpaqlarımızın müdafiəsi məqsədilə döyüşə başladığı ilk gün - 1992-ci ilin 12 mart tarixi Azərbaycan Respublikasının Daxili Qoşunları Günü elan olunub.