Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada yaradılan “ağıllı bağ”da Günəş panelləri və örtük sistemi quraşdırılıb

16.03.2020 [17:56]

Xəbərin mətni

Azərbaycanda ilk dəfə Qubada müasir texnologiyaların tətbiqi ilə yaradılan “ağıllı bağ”da Günəş panelləri və örtük sistemi quraşdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “Ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılacaq və kompüter idarəetməsi tətbiq olunacaq.