Qubanın Qəcərzeyid kəndindən olan Qarabağ müharibəsi əlilləri yeni evlərinə köçüblər
17.03.2020 [15:49]
Xəbərin mətni
Qubanın Qəcərzeyid kəndində yaşayan Qarabağ müharibəsi veteranı İdris Hüseynov və III qrup müharibə əlili Mais Mahmudov Novruz bayramı ərəfəsində yeni evlərinə köçüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Rayon İcra Hakimiyyəti tərəfindən daxili imkanlar hesabına İ.Hüseynov üçün yeni ev tikilib, M.Mahmudovun evi isə əsaslı təmir olunub.