Ağstafada koronavirusun yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər görülür
18.03.2020 [16:34]
Xəbərin mətni
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Ağstafa rayonunda da profilaktik tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, COVID-19-a yoluxma hallarına yol verilməməsi və qarşısının alınması, bu sahədə profilaktik tədbirlərin səmərəliliyinin daha da gücləndirilməsi məqsədilə Ağstafa rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən təşkil edilən qrafik əsasında genişmiqyaslı dezinfeksiya işləri aparılır.