Quba paketləmə fabrikinin xidmətlərindən “ABAD”çılarla yanaşı, yerli sahibkarlar da faydalanacaqlar
19.03.2020 [16:07]
Xəbərin mətni
“ABAD”çıların paketlərə və digər qablaşdırma vasitələrinə olan tələbatı Quba şəhərində fəaliyyətə başlayacaq yeni paketləmə fabriki tərəfindən ödəniləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba paketləmə fabrikinin fəaliyyət göstərəcəyi ikimərtəbəli binada yenidənqurma işlərinə ötən ilin aprel ayından başlanılıb. Binanın ümumi sahəsi 1032 kvadratmetrdir.