Xızıda narkotiklə saxlanılan şəxsin başqa cinayətlərinin də üstü açılıb
20.03.2020 [15:40]
Xəbərin mətni
Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələri qanunsuz saxlamaqda şübhəli bilinən şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayonun Şorabad qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Sərxan Mirzəyevi qəsəbə ərazisində saxlayıb.