Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsmayıllıda fərdi yaşayış evi yanıb

23.03.2020 [18:37]

Xəbərin mətni

İsmayıllı şəhərində Hacıyev Elşən Zakir oğluna məxsus ümumi sahəsi150 kvadratmetr olan 5 otaqlı fərdi yaşayış evi yanıb.
Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yanğın hadisəsi martın 23-də saat 4 radələrində Ü.Hacıbəyli küçəsi, ev 4-də baş verib.