Azərbaycan Dövlət İnformasiya Agentliyi

DİN: karantin rejimini pozanlara qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür

27.03.2020 [23:01]

Xəbərin mətni

Ölkə ərazisində koronavirus infeksiyası ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinin tətbiqi davam etdirilir. Məlum olduğu kimi, həmin tədbirlər çərçivəsində iaşə müəssisələrinin iş rejimi saat 15.00-dək müəyyən edilib, böyük ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb, kütləvi tədbirlərin, toplantıların keçirilməsi qadağan olunub.