SİYASƏT


Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan sektorunda Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin iştirakı ilə taktiki təlim keçirilib.
Təlimin keçirilməsində əsas məqsəd əlverişli əməliyyat rejiminin saxlanılmasını təmin və neft-qaz hasilatı rayonlarının, həmçinin sualtı boru kəmərlərinin keçdiyi ərazilərin mühafizəsini təşkil etməkdən ibarət olub.
Təlimin sonunda gəmi və kater heyətlərinin ümumi fəaliyyətləri nəzərdən keçirilərək təhlil edilib.