DÜNYA


Çin səddi yenidən turistlər üçün açıq elan olunub

Yeni növ koronavirus (COVID-19) böhranı getdikcə zəiflədiyindən Böyük Çin səddinin turistlər üçün olan hissələri yenidən fəaliyyətə başlayır.
AZƏRTAC xəbər verir ki, səddin paytaxt Pekindən keçən hissəsinin turistlərin ziyarəti üçün nəzərdə tutulan Cuyonquan bölməsi, habelə 1368-1644-cü illərdə Çini idarə etmiş Min sülaləsinin imperatorlarının və ailə üzvlərinin məzarları olan məbəd təxminən 2 aylıq fasilədən sonra yenidən ictimaiyyət üçün qismən açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır