DÜNYA


Uxanda giriş-çıxış qadağası aradan qaldırılıb

Çində yeni növ koronavirus (COVID-19) infeksiyasının aşkarlandığı Hubey vilayətinin inzibati mərkəzi Uxan şəhərində təxminən 2 ay yarımdır tətbiq olunan giriş-çıxış qadağası aradan qaldırılıb.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla aprelin 8-də gecə saat 00:00-da (Bakı vaxtı ilə 7 aprel, saat 20:00) nəqliyyatın şəhərlərarası hərəkəti bərpa olunub. Bundan başqa, aprelin 8-dən etibarən şəhərdə tramvay və taksilərin, gəmilərin hərəkəti və “Tianhe” beynəlxalq hava limanından ölkədaxili sərnişin daşınması bərpa olunur.