CƏMİYYƏT


Nazir Mikayıl Cabbarov sosial və iqtisadi tədbirlərin mexanizmlərindən danışıb

Koronavirus pandemiyası ilə əlaqədar sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planına əsasən, sahibkarlara və onların işçilərinə koronavirus pandemiyasından dəyən zərərin ödənilməsi proqramına bu gündən start verilir. Proses 3 mərhələyə bölünüb. İlkin mərhələdə, hədəf pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi və mikro sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır