Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi Koreyada koronavirusdan sağalan 95 nəfər yenidən virusa yoluxub

11.04.2020 [22:47]

Xəbərin mətni

Cənubi Koreyada COVID-19 infeksiyasından tam müalicə almış 95 nəfərdə yenidən koronavirus aşkarlanıb.
AZƏRTAC Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Tədbirləri Mərkəzinin məlumatına istinadla xəbər verir ki, həmin şəxslərdən COVID-19 infeksiyasının müəyyən edilməsi üçün götürülmüş analizlərin cavabları müsbət olub. Səhiyyə qurumu bu cür halların qeydə alınmasının müalicəsi başa çatıb sağalan bütün şəxslərin yenidən virus testindən keçirilməsini aktuallaşdırdığını açıqlayıb.