Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Mərkəzindən Böyük Britaniyaya dəstək

12.04.2020 [21:37]

Xəbərin mətni

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 12-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Böyük Britaniyanın bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.
AZƏRTAC xəbər verir ki, aprelin 3-dən etibarən virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI