Azərbaycan Dövlət İnformasiya Agentliyi

Silah və hərbi texnikanın yay istismar rejiminə keçirilməsi prosesi aparılır

21.04.2020 [11:41]

Xəbərin mətni

Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində 2020-ci ilin döyüş hazırlığı planına əsasən silah, döyüş və xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materialları hərbi hissələrdəki texniki xidmət məntəqələrində dəyişdirilir və onlara planlı şəkildə mövsümi qulluq göstərilir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI