Onlayn yolla narkotik vasitə satan şəxslər tutulublar
23.04.2020 [14:08]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə Fərid cə Seymur adlı şəxslərin “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumat daxil olub. Həmin şəxslərin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində paytaxt sakinləri Fərid Şamxalov və qohumu Seymur Şamxalov saxlanılıblar. Onların üzərində şəxsi axtarış aparılan zaman 15 qram heroin, 25 qram psixotrop maddə olan metamfetamin, 56 ədəd dövriyyəsi və satışı qadağan olunan “Pregabalin”, 40 ədəd “Tropin”, 2 ədəd “Ekstazi” həb” və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.