SİYASƏT


Prezidentin köməkçisi “TRT World” kanalına Azərbaycanda COVID-19-la mübarizədə görülən işlərdən danışıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “TRT World” telekanalına müsahibəsində ölkəmizdə koronavirusla mübarizədə görülən işlərdən danışıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Hökuməti tərəfindən yanvarın ortalarından bəri COVID-19-a qarşı mübarizədə addımlar atıldığını söyləyən Hikmət Hacıyev bunun Prezident İlham Əliyevin nümayiş etdirdiyi strateji baxış, habelə koronavirusla bağlı risklərin qiymətləndirilməsi və təhlili ilə əlaqədar olduğunu vurğulayıb. “Nəticədə deyə bilərik ki, Azərbaycan daha yaxşı vəziyyətdədir. Bu, COVID-19 ilə mübarizədəki uğur hekayələrindən biridir”, - deyə o əlavə edib.