Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu bağda 300 mindən çox dekorativ bitki var Tovuzdan REPORTAJ

28.04.2020 [12:04]

Xəbərin mətni

Tovuzun Alakol kəndində yaşayan bağban Şahin Kazımov qulluq etdiyi bağı 20 il əvvəl salıb. Qeyri-adi görünüşlü, cəngəlliyi xatırladan bağda 300 mindən çox dekorativ bitki var.
AZƏRTAC xəbər verir ki, Şahin Kazımovun məqsədi ölkəni dekorativ xarici bitki növləri ilə təmin etmək, bağların, xiyaban və parkların yaşıllıqlarla bəzədilməsinə öz töhfəsini verməkdir.