Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabunçu rayonunda rabitə naqillərini oğurlayan şəxs tutulub

30.04.2020 [14:53]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini İlqar Səfərov tutulub. O, ifadəsində törətdiyi cinayəti etiraf edərək qeyd edib ki, dəfələrlə qeyd edilən qəsəbələrin ərazisindən keçən rabitə naqillərini kəsib.