CƏMİYYƏT


Koronavirusdan sağalmış 92 yaşlı Ağabəyim nənə xəstəliyi necə keçirdiyindən danışdı REPORTAJ

Koronavirusa yoluxmuş 92 yaşlı Ağabəyim Axundova Azərbaycan həkimlərinin səyi nəticəsində sağalaraq öz evinə qayıdıb. Lənkəranın Boladı kəndində yaşayan Axundovlar ailəsinin 3 üzvündə - Ağabəyim Axundova, onun oğlu Aydın və gəlini İlahədə koronavirus infeksiyasına yoluxma faktı mart ayında qeydə alınmışdı.
AZƏRTAC xəbər verir ki, Ağabəyim nənə ilk günlərdə öskürəkdən əziyyət çəksə də, bunun səbəbini anlamayıb. Heç hərarəti də olmayıb. Lakin həkim müayinəsindən sonra koronavirus testi pozitiv çıxıb.