DİN-in xüsusi avtonəqliyyat vasitələri yenidən paytaxt küçələrinin dezinfeksiya olunmasına cəlb edilib
02.05.2020 [15:25]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəhər əhəmiyyətli küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə aparılan dezinfeksiya işlərinə nazirliyin xüsusi avtonəqliyyat vasitələri də cəlb olunub. Nazirliyin şəxsi heyəti ölkədə asayişin qorunması və karantin zamanı üzərlərinə düşən əlavə işlərin həyata keçirilməsi ilə yanaşı, paytaxt küçələrinin dezinfeksiya olunması işlərində də yaxından iştirak edirlər.