Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ön cəbhədə olan Azərbaycan polisi haqqında VİDEOÇARX

04.05.2020 [13:16]

Xəbərin mətni

Azərbaycan polisinin fəaliyyətinə həsr olunan yeni videoçarx hazırlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirlik tərəfindən hazırlanan videorolikdə Azərbaycan polisinin koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ön cəbhədə olmasından, polis əməkdaşlarının öz səhhətlərini təhlükəyə ataraq vətəndaşlarımızın sağlamlığının keşiyini çəkməsindən bəhs edilir. Videoralik polislərimizin fədakar xidmətinə və yardımsevərliyinə həsr olunub.