CƏMİYYƏT


Vüsal Kərimli: Mayın 1-dən 48 295 cərimə yazılıb, amma rəsmiləşdirilməyib

AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 4-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli deyib. O qeyd edib ki, mayın 1-dən qanunsuz dayanma və durma hallarına görə cərimələr bərpa olunub və 48 295 cərimə yazılıb. Lakin bu cərimələr pandemiya dövründə yazıldığı üçün hələ ki, rəsmiləşdirilməyib.