Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada sel Cağacıq çayı üzərindəki iki körpünü uçurub

07.05.2020 [19:30]

Xəbərin mətni

Mayın 6-sı axşam saatlarından başlayan güclü yağış Quba rayonunda fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, güclü yağış nəticəsində yaranan sel Cağacıq çayı üzərindəki 6 metr uzunluğundakı iki körpünü yarasız hala salıb. Xanəgah kəndini iki hissəyə ayıran çayın üzərindəki bu körpülər ötən ilin sonlarında istifadəyə verilmişdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI