CƏMİYYƏT


DİN-in xüsusi texnikaları yenidən dezinfeksiya işlərinə qoşuldu

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə paytaxtda və Sumqayıt şəhərində bu gün əlavə gücləndirilmiş dezinfeksiya tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə aparılan dezinfeksiya işlərinə DİN Əlahiddə Çevik Polis Alayının və Daxili Qoşunların xüsusi avtonəqliyyat vasitələri də cəlb olunub.