SİYASƏT


Paris Universitetinin təşkilatçılığı ilə Qafqaz ölkələrinə dair onlayn konfrans keçirilib

Paris Pantheon–Assas Universitetinin “Meydane Pantheon-Sorbonne” Assosiasiyasının təşkilatçılığı ilə “Şərq-2020” silsilə konfranslar çərçivəsində “Qafqaz 2020: yekun və perspektivlər” adlı onlayn konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda ölkəmizi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev təmsil edib.