Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hava Hücumundan Müdafiə bölmələri təlim-döyüş tapşırıqlarının icrası üçün mövqe rayonlarını tutublar

21.05.2020 [10:12]

Xəbərin mətni

Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində Hava Hücumundan Müdafiə (HHM) bölmələri yaşayış məntəqələrinin, müxtəlif təyinatlı obyektlərin və canlı qüvvənin şərti düşmənin hava hücumu vasitələrindən müdafiəsi üzrə təlim-döyüş tapşırıqlarının icrası məqsədilə yürüş edərək mövqe rayonlarını tutublar.
HHM-in döyüş heyətləri həmçinin təlimə cəlb olunan şəxsi heyət və döyüş texnikasının düşmənin aviasiya vasitələrinin atəş zərbələrindən müdafiəsini təmin edəcəklər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI