SİYASƏT


Vyetnam telekanalında Azərbaycandan bəhs edən sənədli film nümayiş olunub

Milyonlarla tamaşaçısı olan və Vyetnamın əsas televiziya kanalı hesab edilən VTV1-də Azərbaycana həsr olunmuş "Bir tarixi ziyarətdən sonra hekayə" adlı sənədli film nümayiş etdirilib. Filmdə Azərbaycanın neft-qaz sənayesi, kənd təsərrüfatı, turizm imkanları, təbiəti, habelə qədim tarixi abidələri və zəngin memarlığından geniş bəhs edilib.