SİYASƏT


Latviya televiziyasında Respublika Günü haqqında reportaj yayımlanıb

28 May - Respublika Günü münasibətilə Latviyanın aparıcı “Riga 24” telekanalında videoreportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Latviyadakı Səfirliyinin təşkilatçılığı və “CBC” televiziya kanalının müvafiq videosüjeti əsasında hazırlanmış reportajda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, demokratik inkişaf yolu, tarixi şəxsiyyətləri, dövlət rəmzləri, Azərbaycanda müstəqil dövlət quruculuğu və dünya demokratiya tarixinə töhfələri barədə geniş məlumat verilib.