Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb
01.06.2020 [15:36]
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Baş Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zamanı şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıblar. Vətəndaş Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney Kids School” adlı uşaq tədris mərkəzinin fəaliyyəti polis əməkdaşları tərəfindən dərhal dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilib və valideynlərə övladlarına qarşı məsuliyyətli olmaları, sanitar-karantin rejiminin tələblərini yerinə yetirmələri barədə xəbərdarlıq edilib. F.Əliyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.