Azərbaycan Dövlət İnformasiya Agentliyi

Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanıldı

03.06.2020 [15:54]

Xəbərin mətni

Salyan rayonunda narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. Daxil olmuş məlumat əsasında keçirilən tədbir nəticəsində rayonun Qardili kəndi ərazisində Qırxçıraq qəsəbə sakini Aslan Şirinovun kultivasiya yolu ilə yetişdirdiyi 18 çətənə kolu aşkar edilərək götürülüb.