Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şabran rayonunda çəyirtkələrə qarşı mübarizə tədbirlərinə başlanılıb

09.06.2020 [12:41]

Xəbərin mətni

Şabran rayonunu ərazisində yayılmış çəyirtkələrə qarşı mübarizə tədbirlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çəyirtkə dəstələri rayonun Hacıqaraqaşlı kəndi yaxınlığında, 10-12 hektar ərazidə müşahidə olunur.
Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi sahəsində fəaliyyət göstərən qurumları tərəfindən çəyirtkələrin yayıldığı sahələrdə kimyəvi mübarizə tədbirləri aparılır. Çəyirtkələrlə mübarizədə xüsusi ultra kiçikhəcmli çiləyicilərdən istifadə edilir.