SİYASƏT


İordaniya Televiziyasında Azərbaycanın Respublika Gününə həsr olunmuş süjet yayımlanıb

İyunun 8-də İordaniya Televiziyasının saat 15:00 və 18:00 xəbər buraxılışlarında Azərbaycanın Respublika Gününə həsr olunmuş qısa süjet yayımlanıb.
Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, süjetdə səfir Rasim Rzayevin Azərbaycanın Milli Günü münasibətilə İordaniya televiziya kanalına verdiyi açıqlamaya istinadən, ölkə liderlərini birləşdirlən şəxsi münasibətlər fonunda Azərbaycan-İordaniya əlaqələrinin inkişaf mərhələsində olduğu, ötən ilin dekabr ayında İordaniya Kralı II Abdullahın ölkəmizə səfərinin qarşılıqlı əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti qeyd edilib. Azərbaycanın İordaniya ilə turizm sahəsində əlaqələrin inkişaf etdirilməsində istəkli olduğu vurğulanıb.