CƏMİYYƏT


Sərnişinləri Bakıya qeyri-qanuni yollarla gətirən sürücülər saxlanılıb

Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına zidd olaraq bölgələrdən rayon qeydiyyatında olan şəxsləri qeyri-qanuni yollarla Bakı şəhərinə gətirən sərnişin mikroavtobuslarının sürücüləri saxlanılıblar.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakinləri Şərkan Kamalov, Şamo Şamilov, Sumqayıt şəhər sakini Elçin Əliyev və Füzuli rayon sakini Hafiz Ağayev tutulub.