Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qusarın Həsənqala kəndində canavarlar 12 qoyunu parçalayıb

12.06.2020 [11:17]

Xəbərin mətni

Qusar rayonunun Həsənqala kəndində canavarlar təsərrüfata hücum edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini Şöhrət Nemətovun tövləsinə soxulan yırtıcılar 11 qoyunu parçalayıb. Bundan başqa, canavarlar digər kənd sakini Cavanşir Zeynalovun da bir baş qoyununu parçalayıb.